Qırğızıstan parlamenti ölkədə fövqəladə vəziyyətin elan edilməsini təklif edib.
Qaynarinfo xəbər verir ki, təklif korrupsiyada ittiham edilən sabiq prezident Almazbek Atambayevin saxlanılma prosesi ilə əlaqədar irəli sürülüb.
Xatırladaq ki, ötən gün xüsusi təyinatlılar A.Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına gedib və sabiq prezidenti həbs etməyə çalışıb. Keçmiş ölkə rəhbərinin tərəfarları ilə təhlükəsizlik əməkdaşları arasında baş verən qarşıdurmada bir nəfər ölüb, 79 nəfər yaralanıb.
Almazbek Atambayev hadisə zamanı atəş açdığını etiraf edib və tərəfdarlarının silahsız olduğunu bildirib.
Qırğızıstanın hazırki prezident Sooronbai Jeenbekov Almazbek Atambayevi qanunun icrasına mane olmaq və silahlı müqavimət göstərməkdə günahlandırıb.
Gülşən
Şərhlər