İdman 11:56 29.05.2018

Qırğızıstan sınağı: Qurban Qurbanov ilk qələbəsini qazana biləcək?

Bu gün Azərbaycan millisi növbəti yoxlama matçına çıxacaq. 

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda Qırğızıstan yığmasını qəbul edəcək.

Bu, "Qarabağ”ın çalışdırıcısının yığmanın "sükanı arxasında” 4-cü sınağı olacaq. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlubiyyətə üzülüb.

Budəfəki rəqib komandamız üçün yad deyil. Millimiz 2018-ci ildə 4-cü yoxlama matçında Qırğızıstanla 4-cü dəfə üz-üzə gələcək. Millimiz bu rəqib üzərində iki dəfə qələbə qazanıb, bir dəfə "sülh”ə razılaşıb.

Qeyd edək ki, yığmamız iyunun 5-də Qazaxıstan, 4 gün sonra Latviya ilə də yoldaşlıq oyunu keçirəcək.

Yoxlama oyunu
29 may

20.00 Azərbaycan - Qırğızıstan
Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı Türkiyə).
Bakı Olimpiya Stadionu.