Ölkə 15:46 29.07.2021

Qırx dörd uşağın nazir valideyni (SİYAHI)

Son illər Azərbaycanda yüksək ranqlı vəzifələrə kadr islahatları aparılıb. Ölkəmizdə demək olar ki, nazirlərin əksəriyyəti dəyişdirilib. 

Qaynarinfo 2013-cü ildən bu yana təyin olunan nazirlik, komitə və agentlik rəhbərlərinin övladları ilə bağlı araşdırma edib. Məlum olub ki, ölkəmizdə yeni təyin olunan nazirlik, komitə, agentlik rəhbərlərinin ən çox 4 övladı var. 

Baş nazir Əli Əsədov - Ailəlidir, iki övladı var. 
 


Müdafiə naziri Zakir Həsənov - Ailəlidir. Üç övladı var.
 


Müdafiə Sənayesi naziri Mədət Quliyev - 4 uşağı var. Murad və Qəzənfər adında iki oğlu, Xədicə və Umayra adında iki qızı var.
 


Daxili İşlər naziri Vilayət Eyvazov - Ailəlidir, üç övladı var. 
 


İqtisadiyyat naziri Mikayıl Cabbarov - Evlidir, 2 övladı var.
 


Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov - Evlidir, 2 övladı var. 
 


Təhsil naziri Emin Əmrullayev - Ailəlidir, 2 övladı var.
 


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Ailəlidir, 2 övladı var.  21 aprel 2018-ci ildə nazir vəzifəsinə gələndə bir övladı var idi. 
 


Səhiyyə Naziri vəzifəsini əvəz edən Teymur Musayev - Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat əldə edə bilmədik.
 
 

Kənd Təsərrüfatı Naziri İnam Kərimov - Evlidir, iki övladı var. 
 


Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev - Ailəlidir, 2 övladı var.
 


Energetka Naziri Pərviz Şahbazov - Ailəlidir. İki övladı var.
 


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev- Ailəlidir, üç övladı var. 
 


Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  - Ailəlidir, 3 övladı var.
 


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli - Ailəlidir, 3 övladı var.
 
 

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev - Ailəlidir, 2 övladı var.
 

 
Bakı Metropoliteninin sədri Zaur Hüseynov - Ailəlidir, bir oğlu və bir qızı var.
 
 

Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev - Ailəlidir, iki övladı var.
 


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov - Evlidir, iki övladı var.
 
 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev - Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur. 
 
 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov - Evlidir. 
 


Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev -  Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur. 
 
 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova - Ailəlidir, bir qızı var.