Qızıl-gümüş almaq istəyənlərin nəzərinə

Qızıl-gümüş almaq istəyənlərin nəzərinə

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, noyabrın 21-də qızılın qiyməti noyabrın 20-i ilə müqayisədə 4,131 manat azalaraq 1 unsiya üçün 2501,431 manat təşkil edib.

Gümüş 0,0358 manat ucuzlaşaraq 1 unsiya üçün 29,1014 manata bərabər olub.

Platinin qiyməti 13,09 manat artaraq 1557,71 manat, palladiumun qiyməti 15,198 manat artaraq 3011,703 manat təşkil edib.


Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
XƏBƏRLƏR
BLOGLAR