50 illik sultanlığı ilə dünyanın ən uzun müddət taxtda qalan ikinci lideri olan Bruney sultanı Həssənal taxtdakı 50-ci ilini adına yaraşan şəkildə qeyd edib. "Qaynarinfo" xəbər verir ki, sultan hakimiyyətinin yubileyində küçələrdə qızıl taxtı üzərində gəzib.
İki təkərli at arabası üzərində qurulan və qübbəsi qızıldan olan taxtın üzərində kraliça ilə oturan sultan bayraqlarla küçələrələ çıxan xalqı salamlayıb.
Sultan bayram tədbirlərinə qübbəsi qızıldan hazırlanmış 1800 otaqlı sarayından xalqa xitab çıxışı ilə başlayıb. Həssənal Bolkiah və xanımı bayram tədbirinə qızıldan hazırlanmış paltarlarla qatılıb. Mərasimdə bəzi Avropa ölkələrinin səfirləri də iştirak edib.
Qeyd edək ki, Bruneydə seçkilər keçirilmir və homoseksuallığın cəzası ölümdür. 400 min əhalisi olan krallıq sahib olduğu neft və qaz ehtiyyatlarına görə dünyanın ən varlı ölkələrindən biridir. Ölkə əhalisi illik 49 min 719 dollar gəlirlə dünya sıralamasında 5-ci yerdədir. Gəlirlərin 90 faizi neftdən gəlir. Əksər qida və məişət məhsulları idxal edilir.
Həssənal Bolkiah 1300-cü illərdə sultanlıq olaraq qurulan, 1888-ci ildə İngiltərə müstəmləkəsinə çevirilən, 1984-cü ildə müstəqilliyini qazanan Bruney sultanlığının 29-cu lideridir. Sultanlıq hələdə müdafiə sahəsində İngiltərədən asılıdır.
Aydın
Qaynarinfo.Az
';
Şərhlər