Dünya 17:51 22.07.2013

Qızıl Meydan çiçək açıb - FOTO

Rusiyanın paytaxtı Moskvadakı Qızıl Meydanın yaxınlığında yerlәşәn ticarәt mәrkәzinin 120-ci ildönümü çәrçivәsindә çiçək festivalı təşkil edilir.

Mәrasimlәr zamanı ən çox diqqət çəkәn tәdbir isә Qızıl Meydana müvəqqəti olaraq gətirilən çiçəklər olub.

Moskva sakinləri və turistlər 4 min metrlik sahədə yerləşdirilən 700 min ədəd çiçəyi görmək üçün meydana axışır. 29 rəngdən ibarət olan 29 növ çiçək Qızıl Meydanı bəzəyir. 

İyulun 18-də start götürən festival iyulun 23-nə qədər davam edəcək.

Qaynar.info