Xəbər lenti

Qızıl yeni qiymət rekordu müəyyən etdi - Bloomberg
Dünya 11:41 09.09.2025

Qızıl yeni qiymət rekordu müəyyən etdi - Bloomberg

Qızıl sentyabrın 9-u, çərşənbə axşamı yeni rekord zirvəyə çatıb. Metalların bahalaşmasına ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il faiz dərəcələrini azaldacağı gözləntiləri səbəb olub.

Qaynarinfo "Bloomberg”ə sitinadla xəbər verir ki, qızıl külçələrinin qiyməti 0,3% artaraq hər troya unsiyası (31 qram) 3647 dollardan yuxarı yeni tarixi maksimuma çatıb.
 
Beləliklə, bu qiymətli metalın 1 qramı 117,65 dollar dəyərindədir.

Bu il qızılın qiyməti təxminən 40% bahalaşıb. Bu artıma onu alıb toplayan mərkəzi banklar, faizlərin endiriləcəyi ilə bağlı gözləntilər, həmçinin geosiyasi gərginliklərin artması və ABŞ prezidenti Donald Trampın ticarət siyasətinin təsiri ilə bağlı narahatlıqlar fonunda təhlükəsiz aktivlərə marağın güclənməsi səbəb olub. Amerikanın dövlət başçısının FED-in müstəqilliyinə qarşı çıxışları da qızılın bahalaşmasına əlavə təsir göstərib. Bu vaxtda gümüşün qiyməti dəyişməz qalıb, palladium və platin isə bahalaşıb.

Analitiklər və investorlar qızılın qiymətində artımın davam edəcəyini gözləyirlər. Goldman Sachs Group Inc. bankının ekspertləri bildiriblər ki, ABŞ prezidenti Donald Trampın mərkəzi bankın fəaliyyətinə müdaxiləsi ilə bağlı narahatlıqlar fonunda investorlar yalnız kiçik bir hissə vəsaitlərini xəzinə istiqrazlarından qızıla yönəltsələr, qiymətli metalın dəyəri hər unsiya üçün 5000 dollara qədər yüksələ bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->