Foto 09:00 08.02.2018

Qızların sünnəti bərpa edildi (FOTOLAR)

Uqandanın Pokot qəbiləsi hökümət tərəfindən 8 il əvvəl qadağan edilən qadın sünnətini yenidən tətbiq etməyə başlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Katabok kəndində yaşayan qəbilə qızları 10 yaşdan etibarən sünnət edir, sağalmaları üçün qaranlıq mağaraya göndərirdilər. Çepçay Lama qızları sünnət edən şəxs idi, bu ənənə qadağan ediləndən sonra o, qızların sağaldığı iddia edilən mağaraya geri qayıtdı.

Mağaradakı yerlər əzab çəkən uşaqları, qızları sünnət etmək üçün istifadə edilən dəhşətli alətləri üzə çıxarmışdı. 

Qadın sünnəti zamanı cinsi orqanın xarici hissəsi qismən və ya tamamilə kəsilir. Proses 2010-cu ildən qadağan edilsə də, BMT-yə görə, bu ənənə hələ də davam etdirilir və qız uşaqlarının 95%-nə tətbiq edilir.

Sünnət edilən qız ailə həyatı qurmağa hazır hesab edilir və məktəbdən çıxarılır. Qızlara tətbiq olunan bu ənənə ölümə belə səbəb ola bilir.

Gülşən