Dünya 17:31 25.12.2017

Qlobal istiləşmə ABŞ-ın gizli silahlarını aşkara çıxaracaq

Qrenlandiyada buzların əriməsi ilə ABŞ-ın gizli hərbi bazası üzə çıxa bilər.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Soyuq Müharibə dövründə 200 nəfərlik komanda tərəfindən nüvə gücü ilə inşa edilən şəhərin altında 4000 km uzunluqda yerləşən tuneldə 600 ədəd ballistik raket yerləşdirilib. 

Bölgədə aparılan tədqiqat nəticəsində məlumat olub ki, qlobal istiləşmə böyük buz kütləsinin əriməsinə, gizli nüvə təbəqəsində sızıntıya və tonlarla kimyəvi maddənin dənizə axmasına səbəb ola bilər. 

Qeyd edək ki, şəhər 1967-ci ildən sonra tərk edilib. "Iceworm" adını almış layihə sonradan tədqiqatçılar tərəfindən təsadüfən aşkarlanıb.

Gülşən