Sənət 10:48 20.11.2014

Qocalar evində qalan azərbaycanlı şair vəfat etdi

Güney Azərbaycanın tanınan şairi , Seyid Cəfər Pişəvəri hərəkatının aktivlərindən olan şair Haşım Tərlan 91 yaşında vəfat edib.

Güneyli yazarlardan Modern.az-a verilən məlumata görə ömrünün 91-ci ilində dünyasını dəyişən ustad şair Təbrizin Behişti Zəhra məzarlığında dəfn olunub. Haşım Tərlan şair və ədəbiyyatşünas olmaqla yanaşı Pişəvəri Milli Hökümətinin son yadigarlarındsan hesab olunurdu.

Qeyd edək ki,  modern güney ədəbiyyatının  yaradıcılarından sayılan ustad şair çox təəssüf ki, ömrünün son illərində qocalar evində yaşamalı olub.

Qaynar.info