Qocalmanın qarşısını necə almaq və ölümsüzlüyə necə nail olmaq olar? İllərdir alimlər bu suala cavab tapmağa çalışır.
"Qaynarinfo" xəbər verir ki, ABŞ-ın Emori Universitetində ölümsüzlüyün və qocalmanın qarşısına almaq üçün yol tapılıb. Müəyyən olunub ki, bu əslində hər insanın bədənində mövcud olan bağırsaq bakteriyalarıdır.
Məlumdur ki, bağırsaq bakteriyaları indolesləri bədəndən xaric edir. Bu maddələr ömrü uzadır, insanı cavanlaşdırır.
Belə ki, ağcaqanadlar, tısbağalar və siçanlar üzərində təcrübə aparılıb. Orqanizmlərinə indoleslər adlanan maddə daxil edilib. Əldə olunan nəticə təəccüb doğurub. Bu üsulla canlıların ömrünün uzanmasına nail olunub. Ekspertlər bildirir ki, gələcəkdə tibbdə dərmanların tərkibinə indoleslərin vurulması nəzərdə tutulur. Alimlər bildirirblər ki, bu yolla insanların qocalıqdan yaranma yorğunluq, əzginliyini və bir sıra xəstəlikləri müalicə etmək olacaq.
Nərmin Həsənli
Qaynarinfo.Az
Şərhlər