Foto 11:54 02.12.2018

Qol vurdu, hönkür-hönkür ağladı (FOTO/VİDEO)

Türkiyə Super Liqasının XIV turunda "Trabzonspor" səfərdə "Kayserispor"u 2:0 hesabı ilə məğlub edib.

Qaynarinfo xəbər verir ki, 74-cü dəqiqədə meydana çıxan Kaleb Ekuban 8 dəqiqə sonra hesabı açıb. Bir neçə gün əvvəl anasını itirən qanalı futbolçu qol vurduqdan sonra göz yaşlarını saxlaya bilməyib. O, qolunu mərhum anasına həsr edib.

 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!