Qonşunun iti əvvəlcə həyat yoldaşına, sonra özünə hücum etdi (VİDEO)
Qonşunun iti ev sahibinə hücum edərək xəsarətlər yetirib...
Hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Xəsarət alan Eldar Hüseynovun sözlərinə görə, bir neçə gün öncə giriş qapısı açıq qaldığından qonşuluqdakı it həyətə daxil olub. Heyvan əvvəlcə onun həyat yoldaşına hücum edib.
Eldar Hüseynovun müdaxiləsi zamanı isə it ona hücum edərək müxtəlif bədən xəsarətləri yetirib.
Hücum edən itlə bir neçə dəqiqə mübarizə aparan Eldar Hüseynov qol nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkən deyir ki, hadisə baş verəndən sonra itin sahibi ilə əlaqə saxlamağa çalışsalar da, mümkün olmayıb.
Həmin itin sahibini taparaq biz də məsələyə aydınlıq gətirməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı.
Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində ağır xəsarətlər alan vətəndaşın müraciəti üzrə ərazi polis orqanında araşdırma aparılıb. Qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin olunub.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər