Xəbər lenti

Qudasına qoyulan veto Əhmədinejadı qəzəbləndirib
Dünya 12:48 23.05.2013

Qudasına qoyulan veto Əhmədinejadı qəzəbləndirib

Mahmud Əhmədinejad müttəfiqi Rahim Meşainin namizədliyinə Konstitusiyanı Müdafiə Şurası tərəfidən veto qoyulmasına qəzəblənib.

İran prezidenti bu qərarın təzyiq xarakterli olduğunu deyib və dini lider Ayətulla Xomeyniyə şikayət edəcəyini bildirib.

Əhmədinejat rəsmi internet saytında verdiyi açıqlamada "Məncə dini lider Xomeneyi ilə bağlı problem olmayacaq. Son ana qədər bu məsələnin arxasında olacağam" deyib.

Problemin həllinə ümid etdiyini bildirən Əhmədinejad özünü və Meşaini dəstəkləyənlərdən səbrli olmalarını istəyib: "Vəlayəti Fakih qurumunun olduğu bir ölkədə əzilməyə çalışan bir şəxsin haqları bu mərhələdə tapdana bilməz". 

Konstitusiyaya görə bu il namizəd olması mümkün olmayan Əhmədinejad baş müşaviri və qudası Meşaini özünün xələfi kimi görür və dəstəkləyir. İran prezidenti qudasını dindar, ədalətli və əhli birisi kimi təqdim edir.  Əhmədinejad hətta Meşainin namizədliyini sürməsi prosesində də yanında olub. Bəzi deputatlar isə bunun qanunlara zidd olduğunu bildirərək istintaq başladılmasını istəyib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->