Aydınlar Partiyasının növbədənkənar prezident seçkilərində iştirak edib-etməməsi yaxın günlərdə bəlli olacaq. Bu barədə istiqlal.az-a partiya sədri Qulamhüseyn Əlibəyli məlumat verib.
Partiya sədrinin sözlərinə görə, hazırda partiyanın yerli strukturları və başqa partiyalarla məsləhətləşmələr aparılır: "Növbədənkənar seçki bizim üçün gözlənilməz olduğundan təcili resursların qiymətləndirilməsini aparırıq. Yekun qərar başqa partiyalarla məsləhətləşmələr bitdikdən sonra Aydınlar Partiyasının Siyasi Şurasında qəbul ediləcək".
Özünün namizəd olub-oolmayacağı ilə bağlı sualı cavablandıran Q.Əlibəyli deyib ki, bu məsləhətləşmələrdən və partiyanın qərarından asılıdır.
Şərhlər