Dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Fənərbaxça"nı 2:0 hesabı ilə məğlub edən "Arsenal" klubu ciddi itki ilə üzləşib.Qol.Az-ın xəbərinə görə, London təmsilçisinin iki futbolçusu - Lukaş Podolski və Aaron Remzi zədələnərək sıradan çıxıb.
Bu barədə danışan "Arsenal"ın baş məşqçisi Arsen Venger Podolskinin zədəsinin ciddi olduğunu bildirib: "Podolskinin zədəsi ciddidir. O, ən azı 3 həftə oynaya bilməyəcək. Ancaq Remzidən xəbərim yoxdur. Onun zədəsinin nə dərəcədə ciddi olduğunu bilmirəm. Cek Uilşırda isə hər şey qaydasındadır. Zədə baxımından bizim üçün yaxşı gecə olmadı. Lakin yaxşı ki, ÇL-in qrup mərhələsinə vəsiqə qazandıq".
Qaynar.info
Şərhlər