"Atletiko"nun (Madrid) idman direktoru Joze Luis Perez Kaminero həbs oluna bilər.
Qol.Az-ın məlumatına görə, prokuror idman direktorunun narkotik ticarətindən əldə etdiyi gəlirlər səbəbindən 4 il müddətinə həbs olunmasını tələb edib.
"El Mundo" qəzeti yazıb ki, Kamineronun İspaniyada Meksika və Kolumbiyanın narkotika şəbəkəsi ilə əməkdaşlıq edib, bunun vasitəsi ilə qeyri-qanuni pullar qazanıb.
Baş verənlərin ardından Madrid klubunun idman direktorunu istefaya göndərəcəyi gözlənilir.
Qaynar.info
Şərhlər