Xəbər lenti

Ölkə 11:00 17.02.2016

"Bakery Operating Company"nin rəhbəri barədə araşdırma başladı

"Çudo Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin keçmiş sahiblərinə qaytarılıb. Bu haqda əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov xəbər yayıb:

“Son beş ildə "Bakery Operating Company" MMC-nin idarəçiliyinə verilmiş "Çudo-Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarına əsasən 15.02.2016-cı ildə şirkətin qanuni təsisçilərinə qaytarıldı.

"Çudo-Peçka" mağazalar şəbəkəsində "Bakery Operating Company" MMC-nin və direktor Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırılmağa artıq başlanıb. Nəticələr barədə məlumat veriləcəkdir”.

A.Cəlilov bundan sonra sözügedən mağazalar şəbəkəsinə yenidən atası Çingiz Cəlilovun rəhbərlik edəcəyini vurğulayıb.(axsam.az)

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?