"Beşiktaş" klubuna prezident seçkisi keçirilib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sonuncu prezident Fikret Orman bu dəfə də qalib gələrək ikinci dəfə prezident seçilib.
Səslərin 3850-ni qazanan F.Orman ən əsas rəqibi Sərdar Adalını 1762 səs qabaqlayıb.
Bununla da F.Orman daha üç il "qara-qartallar"ın rəhbəri olacaq.
Qaynar.info
Şərhlər