Maqazin 20:24 17.11.2014

"Fatimə nikahdankənar övlad dünyaya gətirib, onun dərdini çəksin"

Rəqqasə Fatimənin Təranə Qumral və Musa Musayevlə qalmaqalı yenidən alovlanıb. Qaynar.info atvxəbər.az-a istinadən xəbər verir ki, rəqqasənin canlı yayımda Musa və Təranənin ər-arvad adına ləkə olduğunu qeyd etməsi əks tərəfi qıcıqlandırıb.

Musa Musayev açıqlamasında belə qeyd edib: “Fatimə özü süddən çıxmış ağ qaşıqdı? Fatimə, gedib, nikahdankənar övlad dünyaya gətirib, onun dərdini çəksin. Bizdən başqa adam yoxdur danışmağa?”.

Təranə Qumral isə açıqlamasında belə qeyd edib: “Fatimə çaşdı. Bilirsiniz tutu çırpanda da üstündə çöpü olur. Çöpsüz tut olmur. Hərənin bir gizli məqamı, gizlətdiyi bir şey, ayıbı olur. Onu sadəcə qızışdırdılar, o da çaşdı dedi”.

Deyilənlər barədə rəqqasə Fatimə də ATVxəbər.az-a açıqlama verib: “Elə adamlara mən heç fikir vermirəm. Musa kimdir ki, mən ona cavab verim? Musanın dedikləri heç vecimə də deyil. Onlara inanan elə onlar ağılda olanlardır. Hamı tanıyır Musa kimdir, Fatimə kimdir. Ümumiyyətlə mən cavab vermirəm. Mənim adımı hallandırmayın. Onların Nazəninlə bağlı da davası da var, onlardan yazın. Mən qalmaqal istəmirəm”. 

Qaynar.info