Sənət 11:34 03.04.2015

"Forsaj 7"-də gərgin Azərbaycan səhnələri – FOTOLAR + VİDEO

6 gündən sonra"Forsaj" franşizasının 7-ci filmi (Furious 7) ekranlara çıxacaq.

Bütün dünyanın səbirsizliklə gözlədiyi filmin premyerasına az qalmış AzVision.az onunla bağlı maraqlı məlumatlar əldə edib. 

Belə ki, ən həyəcanlı səhnələrdən birində filmin qəhrəmanları – aktyorlar Vin Dizel, artıq dünyasını dəyişmiş Pol Uoker, Dueyn Conson və Ceyson Stethemin oynadıqları personajların Azərbaycana gəldiyi məlum olacaq. Filmin təxminən ortalarında baş verəcək hadisələr zamanı Vin Dizel və onun “ailəsi” paraşütlərin bərkidildiyi avtomobillərlə havada olan təyyarədən yerə- Azərbaycana atılacaqlar. 

Bundan sonra filmin qəhrəmanları Azərbaycan yollarında zirehli avtobusda qaçmağa çalışan cinayətkarları izləyir və onlar arasında amansız mübarizə başlayır. Filmdə bu hadisələrin Azərbaycan dağlarında, yollarında cərəyan etdiyi göstərilir.

Qaynar.info