Siyasət 14:57 13.04.2013

"İctimai Palatanın mövqeyi qətiləşməlidir"- İsa Qəmbər

"Sadəcə, müəyyənləşdirməliyik ki, özümüz bir qüvvə kimi kütləvi tədbirlər təşkil edib, səyləri artırmalıyıq, yaxud yox"

“İctimai Palatanın seçki ilə bağlı mövqeyi qətiləşməlidir. Buna qədər konsensusla bağlı qərarları qəbul olunub. Amma artıq seçkiyə az qalıb. Buna görə də İctimai Palatanın seçki platforması hazırlanmalı, bu istiqamətdə düşünüb, qərar verilməlidir”.

APA-nın xəbərinə görə, bunu Müsavat başqanı İsa Qəmbər İctimai Palatanın (İP) sessiyasında deyib.

İ. Qəmbər kütləvi aksiyalarla bağlı da müzakirələr aparılmasını təklif edib: “Bu gün hansısa qərarın verilməsində israrlı deyiləm. Sadəcə müəyyənləşdirməliyik ki, özümüz bir qüvvə kimi kütləvi tədbirlər təşkil edib, səyləri artırmalıyıq, yaxud yox”.

Müsavat başqanı indiki vəziyyətdən razı olmadığını, yaradılacaq formatın dəqiqləşməsinin vacibliyini də qeyd edib.

Qaynar.info