"Jurnalistlərə yeni mənzillərin açarları bu günlərdə təqdim olunacaq”.
Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli söyləyib. V. Səfərli bildirib ki, mənzillə təmin olunan jurnalistlər bu günlərdə KİVDF-ə dəvət olunacaq və onlara mənzillərin açarları təqdim olunacaq.
Fondun icraçı direktoru mənzil sahibi olan jurnalistlərə evlərin sənədlərinin isə bina dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildikdən sonra veriləcəyini söylədi.
Şərhlər