İspaniyanın "Real” (Madrid) klubu "Malaqa”nın futbolçusu İskonun keçidini həll edib.
21 yaşlı yarımmüdafiəçinin transferi "kral klubu”na 30 milyon avroya başa gəlib.
Onunla 5 illik müqavilə bağlanacaq. Üstəlik, "Real”ın oyunçularından biri "Malaqa”ya icarə əsasında gedəcək. Mümkün namizədlər arasında rusiyalı Denis Çerışevin də adı hallanır.
Qeyd edək ki, İsko ötən mövsüm "Malaqa”da 48 oyuna 12 qol vurub və 5 məhsuldar ötürmə verib.
Qaynar.info
Şərhlər