Ekonomiks 11:31 24.06.2013

"Microsoft" məşhur telefon şirkətini alır

"Microsoft" şirkəti mobil telefon sektorunu almaq üçün "Nokia" ilə danışıqlara başlayıb. 

Qaynar.info-nun məlumatına görə, bu barədə İngiltərənin "The Wall Street Journal" qəzeti xəbər verib. 

Qəzet bildirib ki, sürətlə irəliləyən mobil telefon sektorunda geridə qalan "Microsoft" və "Nokia" bu sahədəki fərqi azaltmaq niyyətindədir. 

"Nokia"nın rəsmilərindən biri, ""Microsoft"la dərin münasibətlərimiz var. Davamlı olaraq bu görüşlər təsadüfi deyil" deyib. 

Finlandiya şirkətinin ABŞ birjalarındakı dəyəri 14 milyard dollardan çoxdur. "Nokia" ötən il qazandığı 30.2 milyard avronun yarısını mobil telefon sektorundan əldə edib. 

Qaynar.info