Siyasət 21:19 13.06.2013

"Pulları gəlməsə, Milli Şura öz-özünə dağılacaq”

“Yaxın zamanlarda pulları gəlməsə, Milli Şura dağılacaq”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Abbas Abbasovun prezidentliyə namizədliyini irəli sürəcəyi ilə bağlı söz-söhbətlərə münasibət bildirərkən deyib.

S. Novruzovun fikrində, Milli Şuranın heç bir perspektivi yoxdur, kimin namizəd olmasından asılı olmayaraq, bu qurum uğur qazana bilməyəcək. O, Rusiya-Azərbaycan münasibətlərinə də toxunaraq bəyan edib ki, iki ölkə arasında çox yaxşı münasibətlər var: “Bu yaxınlarda xarici işlər naziri Moskvaya səfər etdi, Volqoqradda Rusiya-Azərbaycan biznes forumu keçirildi, eyni zamanda prezidentlərin rəhbərliyi altında forumlar keçirilir. Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən Rusiyada geniş miqyasda layihələr həyata keçirilir və sair... İndi kimsə özünü Rusiyada azərbaycanlıların ağsaqqalı hesab edirsə, o adam səhv edir. Bu kimi adamlar müstəqil şəxsdirlər, gedib orada öz biznesləri ilə məşğul olurlar”.

S. Novruzov Abbas Abbasovun YAP-ın üzv olub olmaması ilə bağlı suala isə “yox” cavabını verib.

Qaynar.info