Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. "Qaynarinfo" xəbər verir ki, Azərbaycan klublarının da potensial rəqibləri müəyyənləşib.
"Qəbələ" evdə 1:1 hesablı heç-heçəyə razılaşdığı Polşanın "Yagelloniya" klubunu keçə bilsə, növbəti mərhələdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq.
"Zirə" səfərdə 1:3 hesabı ilə məğlub olduğu "Astra" (Rumıniya) səddini keçə bilsə, Ukraynanın "Aleksandriya" klubuna rəqib olacaq.
"İnter" isə "Qalatasaray"ı Bakıya gətirə bilər. Belə ki, "İnter" - "Fola" cütünün qalibi "Ostersun" - "Qalatasaray" cütünün qalibi ilə qarşılaşacaq. Bakı klubu ilk oyunda 1:0 hesablı qələbə qazanıbsa, türklər İsveçdə məğlub olub - 0:2.
Avropa Liqası
III təsnifat mərhələsi
Panatinaikos (Yunanıstan) - Qəbələ (Azərbaycan)//Yagelloniya (Polşa)
Zirə (Azərbaycan)//Astra (Rumıniya) - Aleksandriya (Ukrayna)
Ostersun (İsveç)//Qalatasaray (Türkiyə) - İnter (Azərbaycan)//Fola (Lüksemburq)
Qaynarinfo.Az
Şərhlər