Dünən UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçirilən "Qalatasaray" - "Yuventus" oyunu yağan güclü qar səbəbindən yarımçıq dayandırılmışdı.
Qaynar.info xəbər verir ki, 30-cu dəqiqədən saxlanılan oyun bu gün Bakı vaxtı ilə saat 17:00-da qaldığı yerdən davam etdiriləcək.
Bu barədə "Qalatasaray" klub rəhbərliyi rəsmi açıqlama verib: "Güclü qar səbəbilə 30-cu dəqiqədə təxirə salınan "Qalatasaray" - "Yuventus" oyununun bu gün Türkiyə saatı ilə 15:00-da davam etdiriləcəyi UEFA tərəfidən açıqlanıb".
Qaynar.info
Şərhlər