Xəbər lenti

"Qarabağ" "Real" ilə bir sırada (FOTO)
İdman 17:50 05.09.2017

"Qarabağ" "Real" ilə bir sırada (FOTO)

İnternetdə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klublarının texniki sponsorlarının infoqrafikası yayımlanıb. 

"Qaynarinfo" sport7.az-a istinadən xəbər verir ki, bunu tvitterdə "pontela_10" adlı istifadəçi hazırlayıb. 

İlk sırada Adidas yerləşib. 13 komandanın formaları bu alman şirkətinin istehsalıdır. Bu komandalar sırasında Çl-in qalibi "Real" ilə yanaşı, "Qarabağ"da var. Digər klublar isə "Mançester Yunayted", "Bavariya", "Yuventus", ÇSKA, "Anderlext", "Feyenord", "Benfika", "Beşiktaş", "Bazel", "MAribor" və "Olimpiakos"dur. 

Nike firması isə ÇL klublarından 12-sinin forma sponsorudur. "Barselona", "Atletiko", "Tottenhem", "Mançester Siti", "Çelsi", "Monako", PSJ, "Roma", "Şaxtyor", "Spartak", "Leypsiq" və APOEl bu firmanın formalarını geyinir. 


Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->