Qaynar.info-nun məlumatına görə, xüsusilə İspaniya kubokunun yarımfinalından sonra Messinin Arbeloa ilə stadiondan kənarda dalaşdığı və Mourinyonun köməkçisi Karankaya söz atdığı iddia edilmişdi. Xavi isə verdiyi açıqlamasında bu iddiaların yalan olduğunu və bilərəkdən ortaya atıldığını söyləyib: "Bu xəbərlərə önəm vermirəm. Niyə sadəcə futboldan danışmırıq ki? Bununla nə demək istəyirlər? Messi pis insandırmı? Messinin imicinə zərər vurmaq üçün qəsdən belə yollara əl atırlar".
Qaynar.info
Şərhlər