Madridin "Real" klubu İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Qaret Beyl üçün fantastik məbləğ təklif edib.
Qaynar.info-nun məlumatına görə, "Kral klubu" oyunçu üçün 60 milyon funt ödəməyə hazırdır.
Klub rəhbərliyi iyunun 15-nə kimi bu transferi həyata keçirmək istəyir.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi "Tottenhem"in həftəlik 130 min funt təklif etməsinə baxmayaraq, klubla müqaviləsini uzatmağa tələsmir.
Qaynar.info
Şərhlər