"Ronaldonu verməkdənsə güllələyərdim"

"Ronaldonu verməkdənsə güllələyərdim"


"Mançester Yunayted" klubunun keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson özünün yazdığı avtobioqrafiyasında 2008-ci ildə Çempionlar Liqasında qalib olduqdan sonra Kriştiano Ronaldonun komandanı tərk etmək istədiyini bildirib.

Qaynar.info xəbər verir ki, Ferqyuson bununla bağlı Ronaldoya sərt cavab verdiyini də bildirib: "Kalderon özünü elə apardı, mən də səni "Real"a sata bilmərəm. Bilirəm, sən indi "Real"a keçmək istəyirsən. Amma mən səni güllələyərəm, "Real"a vermərəm. Əgər mən bunu etsəm bütün hörmətimi itirərəm. Lazım olsa tribunada oturacaqsan. Bilirəm ki, belə bir şey olmayacaq və sən də bu il getməyəcəksən".

Qeyd edək ki, Ronaldo 2009-cu ildə "Real"a fantastik məbləğdə transfer edilmişdi.

Qaynar.info

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR