"Ukraynada yaranmış vəziyyət və tökülən qanlar, baş verən inqilab tamamilə Putinin yanlış və kobud siyasi səhvlərinin nəticəsidir"
Azər Qaramanlı: «Bundan sonra Ukrayna və Qərblə aparılacaq danışaqlarda Qara Dəniz Donanmasının Krımda problemsiz qalmasının təminatı müzakirə mövzusu olacaq»
«Ukraynada baş verən inqilabdan sonra Moskvada açıq şəkildə anladılar ki, yeni hakimiyyət Qərbdən dəstək alaraq bir neçə aydan sonra Qara Dəniz Donanmasının Krımdan çıxarılması haqqında qərar verəcək»
Ukraynadakı vəziyyət beynəlxalq siyasətin diqqət mərkəzindədir. Ukraynada müharibə başlaya bilərmi? Bu sual bu gün hamını maraqlandıran əsas sualdır.
“Bizimxeber” bu barədə «Poliqon» İnformasiya Agentlinin (pia.az) baş redaktoru Azər Qaramanlının fikirlərini öyrənib. Baş redaktorun qənatinə görə Ukraynada böyük müharibəninin başlaması imkanlı görünmür. Yaranmış vəziyyət daha çox Qərbin maraqlarına uyğundur:
«Əslində Ukraynadakı vəziyyət, həmçinin Krımın Rusiya tərəfindən faktiki olaraq işğal olunması Qərbə sərf edir və Krımdakı münaqişəninin uzanması Qərbin maraqları çərçivəsindədir. Məlumdur ki, 10 ildən artıqdır Sibir və Orta Asiya qazını əlində cəmləşdirən Rusiya Avropanı qazla şantaj edir. Faktiki olaraq Qərbin qazla təminatı və enerji təhlükəsizliyi Rusyaının əlindədir. Ukraynada baş verənlər daha çox Qərbin bu asılılıqdan qurtarması üçün həyata keçirilən ssenarinin tərkib hissəsidir. Ukraynada baş verən inqilab faktiki olaraq Rusiyanın Qara Dənizdəki varlığını təhlükə altına atdı. Rusiyaının Qara Dəniz Hərbi Donanmasının Sevastopoldan çıxarılması Rusiyanın Qərbdə siyasi və hərbi cəhətdən tamamilə iflas etməsi anlamına gəlir. Bu isə doğurdan Rusiya kimi imperiya ambisyalarının daşıyıcısı olan bir dövlət üçün doğurdan fəlakət anlamına gəlir.
Ukraynada baş verən inqilabdan sonra Moskvada açıq şəkildə anladılar ki, yeni hakimiyyət Qərbdən dəstək alaraq bir neçə aydan sonra Qara Dəniz Donanmasının Krımdan çıxarılması haqqında qərar verəcək. Bu üzdən Rusiya rusların Ukraynada təhlükəsizliklərinin qorunması adı altında Krıma girdi və Xarkov və Donetski də nəzarət altına ala biləcəyini bütün dünyaya duyurdu.
Hesab edirəm ki, Rusiya Ukrayna oyununu çoxdan uduzub. Bundan sonra Ukrayna və Qərblə aparılacaq danışaqlarda Qara Dəniz Donanmasının Krımda problemsiz qalmasının təminatı müzakirə mövzusu olacaq. Qərb isə bunun müqabilində Rusiyadan enerji asılığının azalması üçün təminat alacaq. Xüsusilə Türkmənistan və Qazaxıstan qazının alternativ yollarla Avropaya axıdılması əsas məsələ olaraq masaya yatırılacaq.
Bu baxımdan hesab etmək olar ki, yaxın zamanda Krımda və Şərqi Ukraynada nisbi sakitlik yaranacaq. Lakin tam sabitlik o zaman olacaq ki, Qərb Krımda və Ukraynada lokal münaqişəninin olması ideyasından vaz keçsin. Çünki bütün hallarda Rusiyanın daha da zəifləməsi və bir neçə ildən sonra ikinci dəfə parçalanması Qərbin strateji hədəflərindən biridir və bu baxımdan Ukrayna ilə Rusiya arasında münaqişəninin olması Qərbin əl-qolunu açır və NATO-nun geosiyasi planlarına uyğundur».
Azər Qaramanlı hesab edir ki, baş verənlər Rusiya prezidenti Vladimir Putinin kobud səhvlərinin nəticəsidir və Putinin ambisiyaları Rusiyanı yeni parçalnmalara doğru aparır:
«Putinin Ukrayna siyasəti başından bəri ciddi sayılacaq səhflərlə müşahidə olunub. Diqqət edin, Yanukoviç demək olar ki, iki il müddətində Avropa İttifaqı ilə tərəfdaşlıq sazişini müzakirə edir. Sənəd imzalamağa hazır olduğu bir vaxtda Putin ortaya çıxır və ultimativ qaydada Yanukoviçdən Avropa İttifaqı ilə sazişi imzalamaqdan imtina etməyi və bunun əvəzinə Rusiya ilə Gömrük İttifaqına girməyi tələb edir.
Bundan sonra isə təbii olaraq Ukrayna xalqı etiraz edir və Putinin ultimatumunu qəbul etmir. Nəticədə Ukraynada inqilab baş verir və Rusiyanın marionetkası rolunu ifa edən Yanukoviç ölkədən qaçır. Daha sonra Rusiya bütün beynəlxalq dəyərləri bir kənara ataraq Krımı faktiki olaraq işğal edir və Şərqi Ukraynanın Rusiyanın nəzarətinə keçməsi üçün Ukraynaya qoşun yeridilməsinə Rusiya parlamentindən icazə alır.
Əslində bu qərarın Dövlət Duması tərəfindən verilməsi Rusiyaının Ukrayna və Qara Dənizdə öz mövqelərini qoruya bilməsi üçün verdiyi ölüm-dirim cəhdi kimi dəyərləndirilməlidir. Ukraynada yaranmış vəziyyət və tökülən qanlar, baş verən inqilab tamamilə Putinin yanlış və kobud siyasi səhvlərinin nəticəsidir. Bu siyasətin davamı isə Rusiyaının yenidən parçalanmasına gətirib çıxaracaq".
Qaynar.info
Şərhlər