Dünya 00:20 02.06.2013

"Taksim"dən xəbər var

Türkiyə İnzibati Məhkəməsi meydanda “Topçu Kışlası” layihəsinin icrasının dayandırılması ilə bağlı qərar verib

Türkiyə İnzibati Məhkəməsi İstanbulun "Taksim" meydanında “Topçu Kışlası” layihəsinin icrasının dayandırılması ilə bağlı qərar verib. Məhkəmənin qərarı səs çoxluğu ilə qəbul edilib. 

Anspress-in Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl Gəzinti Parkı Qoruma və Gözəlləşdirmə Dərnəyi məsələ ilə əlaqədar olaraq Türkiyə İnzibati Məhkəməsinə yazılı şəkildə müraciət edib. 

Müraciətdə Taksim Gəzinti Parkının yerində “Topçu Kışlası” layihəsilə bağlı 27 Fevral 2012-ci il tarixli qərarın ləğvi istənilib.

Xatırladaq ki, Gəzinti Parkının yerində “Topçu Kışlası” layihəsinin icrası ilə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 2011-ci ildə seçkilərdən əvvəl mətbuata açıqlama vermişdi.

Qaynar.info