Foto 12:04 30.07.2021

Qurban Qurbanov avtomobili reklam etdi (FOTO)

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov reklama çəkilib.

Qaynarinfo Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis avtomobil şirkətini reklam edib. Klubun sponsoru olan şirkətin satışa çıxardığı avtomobillərdən birinin sükanı arxasında oturan Qurbanov "Rəqib yaxşı oynadı, ancaq güclü qalib gəldi" ifadəsini işlədib.

"Qarabağ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrail təmsilçisi "Aşdod"la qarşılaşıb. Azərbaycan çempionatının gümüş medalçısı iki oyunun yekununda rəqibini üstələyib (0:0, 1:0). Növbəti mərhələdə "Qarabağ"ın rəqibi Kipr AEL-i olacaq. 

İlk görüş avqustun 5-də səfərdə, cavab qarşılaşması avqustun 12-də Bakıda olacaq.

Səbuhi Həsənov