İdman 18:57 17.10.2018

Qurban Qurbanov dünyada neçəncidir?

"World Coach Ranking" saytı baş məşqçilərin yeni reytinq siyahısını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, milli komandamızın və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mövqeyini qoruyaraq 463-cü pillədə qərarlaşıb. Onun aktivində 1077 xal var.

Siyahıda "Neftçi"nin baş məşqçisi Roberto Bordin də yer alıb. O, 1015 xalla 478-ci pilləni tutur. İtaliyalı mütəxəssis ötən həftəki siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

Dünyanın ən yaxşı baş məşqçiləri siyahısına "Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir - 14790 xal. İlk "onluq"da həmçinin Dieqo Simeone ("Atletiko", İspaniya), Renato Qauço ("Qremio", Braziliya), Marselo Daniel Qallardo ("River Playt", Argentina), Zinəddin Zidan ("Real"ın (İspaniya) sabiq baş məşqçisi), Massimiliano Allegri ("Yuventus", Argentina), Jupp Heynkes ("Bavariya"nın (Almaniya) sabiq baş məşqçisi), Ariel Holan ("Liverpul", İngiltərə), Quillermo Barros Şkelotto ("Boka Xuniors", Argentina) yer alıb.