İdman 18:17 29.11.2020

Qurban Qurbanov koronavirusa yoluxdu

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovda koronavirus aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə onun köməkçisi Elçin Rəhmanov məlumat verib.

Qeyd edək ki, "Qarabağ” Premyer Liqanın XI turunun bu gün keçirilən "Səbail"lə oyununa (1:1) baş məşqçisiz çıxıb.