Xəbər lenti

Qurban Qurbanov
İdman 16:24 23.01.2018

Qurban Qurbanov "Qarabağ"dan ayrılır? (AÇIQLAMA)

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov "Qarabağ”dan ayrılmaq fikrində deyil.

Qaynarinfo regionplus-a istinadən xəbər verir ki, millinin baş məşqçisi təyin edildikdən sonra Ağdam klubundan ayrılmasının mümkünlüyünə dair səslənən fikirlərə münasibət açıqlayan 46 yaşlı mütəxəssis qeyd edib ki, bu ilin yayına qədər "Qarabağ”la müqaviləsinin müddətini uzadıb:

"Qarabağ”dan ayrılmaq barədə düşünmürəm. Müqaviləmiz mayın sonuna qədər nəzərdə tutulub. Bu komanda mənim üçün çox doğmadır. Doqquz ildir "Qarabağ”dayam. Belə fikir nə məndə, nə rəhbərlikdə olub. Həmişə uzunmüddətli əməkdaşlıq barədə danışmışıq. "Qarabağ” və Azərbaycan millisi ölkə futbolunun ən məsuliyyətli yerləridir. İşim ağır olsa belə, klubdan ayrılmaq barədə fikrim yoxdur” – deyə Q.Qurbanov bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->