"Mən azərbaycanlıyam, Azərbaycanımı da sevirəm və bunu da bilirəm ki, Qarabağ bizimdir". "Qaynarinfo" xəbər verir ki, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia" ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında çıxış edən baş məşqçi Qarabağla bağlı danışıb: "Təbii ki, bu adın məsuliyyətini anlayıram və bu ad üçün mübarizə aparmaq hər birimizin mənəvi borcudur. Biz nə isə sübut etmək üçün yox, xalqımız üçün meydana çıxırıq".
Qaynarinfo.Az
Şərhlər