Xəbər lenti

Azərbaycan millisi ilk dəfə Latviyaya qalib gəldi
İdman 20:50 09.06.2018

Azərbaycan millisi ilk dəfə Latviyaya qalib gəldi

Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirib.

Qaynarinfo xəbər verir ki, rəqib Latviya yığması olub. Yığmamız səfər oyununda qələbə qazanıb - 3:1. Hesabı 20-ci dəqiqədə Maksim Medvedev açıb. 57-ci dəqiqədə Cavid İmamverdiyev, 5 dəqiqə sonra Emin Mahmudov fərqlənib. Oyunun son saniyələrində isə Robert Uldriki Latviyanın təsəlli qolunu vurub.

Yığma Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyununa çıxıb. Əvvəlki 5 görüşdən 2-si - Belarus (0:1) və Qırğızıstanla (3:0) oyunlar Bakı Olimpiya Stadionunda, Moldova (0:0) və Makedoniya (1:1) ilə oyunlar Türkiyənin Antalya bölgəsindəki "Mardan" stadionunda, Qazaxıstanla (0:3) matç isə "Astana Arena"da baş tutmuşdu.

Qeyd edək ki, Azərbaycan millisi bu rəqiblə 4-cü dəfə qarşılaşıb. Maraqlıdı ki, bu dəfə də oyun qeyri-rəsmi xarakter daşıyıb və yenə Latviyada baş tutub. Əvvəlki 3 matç Riqada keçirilib və bütün oyunlar heç-heçə nəticələnib. 1997-ci ilin avqustun 19-da və 2002-ci ilin iyulun 6-da keçirilən matçlar qolsuz bərabərliklə başa çatıb. 2004-cü ilin iyunun 6-da keçirilən qarşılaşmada 2:2 hesabı ilə yekunlaşıb. Ən maraqlı məqam odu ki, millimizin yeni baş məşqçisi Qurban Qurbanov həmin oyunda fərqlənib və bu, onun yığmada son qolu olub. Belə ki, keçmiş hücumçu 75-ci dəqiqədə penaltidən vurduğu qolla yığmamızı hesabda irəli çıxarıb. Qurban Qurbanov 68 oyunda vurduğu 14 qolla millimizin 26 illik tarixinin bombardiridi. 

Onu da qeyd edək ki, bu, UEFA Millətlər Liqasından əvvəl Azərbaycan millisinin son yoldaşlıq görüşü idi. 

Yoldaşlıq görüşü
5 iyun

Latviya - Azərbaycan 1:3
Qollar: Robert Uldriki, 90+3 - Maksim Medvedev, 20. Cavid İmamverdiyev, 57. Emin Mahmudov, 62.
Latviya: 23. Yevgeni Neruqal, 20. Kaspar Dubra, 18. İqor Tarasov, 6. Vladislav Qabov, 2. Vitali Maksimenko, 16. Aleksanr Fertov (15. Dmitri Hmiz, 75), 8. Kristian Torres (13. Vladimir Kames, 46), 14. Yanis İkaunieks, 7. Ritvars Ruqin (21. Qleb Klyuşkin, 46// 17. Roberts Savalnikes, 89), 11. Artur Karaşauskas (9. Aleksey Vaşnakov, 69), 10. Valeri Şabala (3. Robert Uldriki, 69).
Ehtiyat oyunçular: 12. Kasper İksten, 4. Qrints Freymanis, 5. Rayvis Andris Yurkovski, 19. Vitali Yaqodinski, 22. Vitali Reçicki.
Baş məşqçi: Miksu Patelay.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev (30. Rahil Məmmədov, 46), 7. Araz Abdullayev (22. Mahir Mədətov, 72), 8. Emin Mahmudov, 9. Namik Ələskərov (17. Rəhman Hacıyev, 75), 11. Ramil Şeydayev, 15. Ruslan Abışov (6. Bədavi Hüseynov, 81), 25. Cavid İmamverdiyev (18. Coşqun Diniyev, 81), 26. Ürfan Abbasov (21. Təmkin Xəlilzadə, 66).
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 16. Cavid Hüseynov, 28. Ufuk Budak.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Ritvars Ruqin, 30. Vladimir Kames, 65 - Cavid İmamverdiyev, 72.
Hakimlər: Denis Şerbakova, Yuri Kromçanka, Andrey Xetsikov (Belarus), Aleksandr Anufriyev (Latviya).
Riqa. "Dauqava" stadionu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->