İdman 17:40 17.01.2019

Qurban Qurbanovdan sərt qərar

"Qarabağ"ın futbolçusu Con Delarj ikinci komandaya göndərilib.

Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun verdiyi qərara əsasən, konqolu yarımmüdafiəçi məşqlərini əvəzedici heyətdə davam etdirəcək.

Futbolçu bu gün Antalyada davam edən təlim-məşq toplanışından Bakıya yola salınıb.