Xəbər lenti

Quterreş BMT Təhlükəsizlik Şurasında islahatlara çağırdı
Dünya 17:23 21.05.2023

Quterreş BMT Təhlükəsizlik Şurasında islahatlara çağırdı

BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasında və Bretton Vuds sisteminin institutlarında islahatların aparılmasına çağırıb. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə jurnalistlərə G7 sammiti çərçivəsində bildirib.

Onun sözlərinə görə, "Bretton Vuds sistemi və Təhlükəsizlik Şurası 1945-ci ildəki qüvvələr balansını əks etdirir”.

"Qlobal maliyyə arxitekturası köhnəlib, işlək olmayan və ədalətsizdir", deyə Quterreş bildirib.

BMT rəhbəri qeyd edib ki, COVID-19 pandemiyasının və Ukraynadakı münaqişənin yaratdığı iqtisadi təlatümlər fonunda o, "qlobal təhlükəsizlik şəbəkəsinin əsas funksiyasını” yerinə yetirə bilmir.

"Həm Təhlükəsizlik Şurasında, həm də Bretton Vuds institutlarında islahatların vaxtı çatıb. Əslində, bu, gücün bugünkü dünya reallıqlarına uyğun olaraq yenidən bölüşdürülməsi məsələsidir", deyə Quterreş bildirib.

Qeyd edək ki, Bretton Vuds 1-24 iyul 1944-cü il tarixlərində keçirilmiş Bretton-Vuds konfransı nəticəsində qurulan pul münasibətləri və ticarət hesablaşmalarının təşkili üçün beynəlxalq sistemdir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->