Xəbər lenti

Quzanlıda 250 minlik abadlıq - Qalib yenə də
Ekonomiks 19:02 10.06.2025

Quzanlıda 250 minlik abadlıq - Qalib yenə də "Dream Construction Company" oldu

Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Ərazi Nümayəndəliyi qəsəbədə abadlıq və yaşıllaşdırma işlərinin görülməsi ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Dream Construction Company” MMC seçilib. Quzanlı qəsəbəsində abadlıq və yaşıllaşdırma işlərinə 258 172,2 manat xərclənəcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Dream Construction Company” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cavadov Cavid Elman oğludur. 

"Dream Construction Company” MMC "Otaxlı” MMC adı ilə fəaliyyət göstərib. Şirkət təsis ediləndən bu günədək qanuni təmsilçisi 4 dəfə dəyişib. 
Açıq mənbələrdə şirkətə rəhbərlik edənlər haqqında heç bir məlumata rast gəlinmir. 

"Dream Construction Company” MMC dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdən biridir. 

Şirkət əsasən yerli İcra Hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi seçilib. Bu sırada Ağdam Rayon İcra Hakimiyyəti ilk sıraları tuturu. Yəni, daha çox sifariş məhz sözügedən qurumdan gəlir. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->