Xəbər lenti

Qvatemalada vulkan püskürdü: 25 ölü, 296 yaralı var
Dünya 09:00 04.06.2018

Qvatemalada vulkan püskürdü: 25 ölü, 296 yaralı var

Qvatemalada Fueqo vulkanı püskürüb.

Qaynarinfo xəbər verir ki, təbii fəlakət nəticəsində 25 nəfər ölüb, 296 nəfər xəsarət alıb, 20-yə yaxın şəxs itkin düşüb.

Vulkan səbəbindən paytaxt Auroradakı aeroport bağlanıb, yaşayış məntəqələrindən azı 2 min nəfər təxliyyə edilib.

Ölkənin bir neçə yaşayış məntəqəsində "qırmızı" təhlükə səviyyəsi elan olunub. Ən yüksək təhlükə səviyyəsi Eskintla, Alotenanqo, Sakatepekes, Yepokapa və Çimaltenanqo şəhərlərində qüvvədədir.

Bütün ölkə ərazisində isə "narıncı" təhlükə səviyyəsi elan edilib. Təbii fəlakət, ilkin məlumatlara görə, təqribən 1,7 milyon insana toxunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->