Ölkə 09:31 25.02.2020

Rafiq Həşimova da yüksək vəzifə verildi

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədrinin yeni müavini təyin olunub.

Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, Rəşad Nəsirov sədrin müavini vəzifəsindən azad olunub. Onun yerinə Əməkdar artist, tanınmış diktor Rafiq Həşimovun müavin təyin olunduğu bildirilir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov faktı təsdiqləyib.

Qeyd edək ki, ötən gün həmçinin gənc aparıcı Rüfət Həmzəyev də AzTV sədrinin müavini vəzifəsinə təyin olunub.