Qətlə yetirilərək dünyasını dəyişən yazıçı Rafiq Tağının anası dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu haqda mərhum yazıçının qardaşı İlqar Tağı öz Feysbuk hesabında məlumat verib.
"Anam arxamca su atmayacaq daha”, - İlqar Tağı yazıb.
Qeyd edək ki, Rafiq Tağının anası vəfat etdiyi günəcən oğlunun ölümündən xəbərsiz olub. Ona oğlunun xaricdə olduğunu deyiblər.
Şərhlər