Xəbər lenti

Ramazanda iftar süfrələri və kimlər oruc tutmamalıdır? - Porfessor
Ölkə 12:50 14.04.2021

Ramazanda iftar süfrələri və kimlər oruc tutmamalıdır? - Porfessor

"Ramazan ayında iftar süfrələrinin verilməsi ləvg edilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor hesab edir ki, bu kimi kütləvi tədbirlər yoluxma mənbəyidir:

"Bu süfrələr mərhəmət məqsədi ilə verilir. Amma hədəfi mərhəmət olsa da, yoluxmaya səbəb ola bilər. O zaman gərəksiz və təhlükəli bir tədbirə çevrilir. Ona görə hesab edirəm ki, iftar süfrələri və digər tədbirlər, xüsusi ilə də məscidlərdə insanların toplanması yasaq edilməlidir. Bu kimi tədbirlər onlayn qurula bilər.Təmaslı tədbirlər ləvg edilməlidir”.
 


Adil Qeybullanın fikrincə, pandemiya dövründə Ramazan ayı ərəfəsində oruc tutmaqla bağlı konkret göstərişlər verilməlidir:

"Kimlər oruc tuta bilər? Risk qrupuna daxil olan, xəstəliyi olanlar, təzə koronavirus tutub, COVİD sindiromu olanlar, hamilə qadınlar oruc tutmamalıdır. Qəti məqsədəuyğun deyil. Qalan şəxslər öz iradələrinə uyğun oruc tuta bilərlər”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->