İdman 22:25 18.08.2019

Ramil Şeydayev derbidə 90 dəqiqə oynadı

Rusiya Premyer Liqasında VI turun oyunları davam edir.

Qaynarinfo xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Dinamo” bu gün Moskva derbisində "Lokomotiv”i qəbul edib.  Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev start heyətdə yer alıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, 6 oyundan sonra 5 xalı olan "Dinamo” 13-cü, 13 xalı olan "Lokomotiv” isə 2-ci yeri tutur.