Futbol üzrə Azərbaycan millisinin üzvü Ramil Şeydayev yeni transfer olunduğu Moskva "Dinamo”sunda debüt edib.
"Qafqazinfo” xəbər verir ki, o, Rusiya Premyer Liqasının 2019/2020 mövsümünün ilk turunda Tula "Arsenal”ına qarşı keçirilən oyunda meydana çıxıb.
Matça start heyətdə başlayan gənc hücumçu qarşılaşmanın 87-ci dəqiqəsində Vyaçeslav Qrulevlə əvəzlənib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Şərhlər