Video 13:37 15.06.2019

Ramil Şeydayev İçərişəhərdə uşaqlarla futbol oynadı (VİDEO)

Azərbaycan millisinin və Rusiyanın "Krılya Sovetov” klubunun futbolçusu Ramil Şeydayev İçərişəhərdən video paylaşıb.

Qaynarinfo Futbolçu sosial şəbəkə hesabında yerləşdirdiyi videoda uşaqlarla futbol oynayıb. 

R.Şeydayev videonu "Bye-bye Baku” (Hələlik, Bakı - red.) başlığı ilə paylaşıb. 

Qeyd edək ki, R.Şeydayev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin heyətində Macarıstana (1:3), Slovakiyaya (1:5) qarşı oyunlarda iştirak edib.